“
Təzə gələnin mövzuyla bağlı məlumatı olması üçün, əvvəlcə tələbələrə müxtəlif suallarla müraciət etdi. Sonra da özü əlavə etdi:
"Peyğəmbərin, bircə qızı Fatiməni Əliyə ərə verməsi, Əlini özünə xəlifə seçməsinə dəlalət edir. Amma peyğəmbərin ölümündən sonra qanuni varisi olan Əli, hoqqabaz ögey atası Əbu Bəkr tərəfindən aldadıldı. Əlinin haqqı olan taxt Əbu Bəkr tərəfindən əlindən alındı. gündən etibarən peyğəmbərn tərəfdarları iki qola ayrıldılar., sol tərəfdə olanlar, xain Əbu Bəkri qanuni xəlifə kimi tanıyanlar idi. Bayraqları qara rəngdə idi və sünnətləri də peyğəmbərin danışığına etdikləri yalan şahidlik və yalançı söz yığınından başqa bir şey deyildi. Paytaxtları olan Bağdadda indi də Abbasi süsaləsindən olan qondarma xəlifə hökmranlıq edir. Peyğəmbərin cinayətkar əmisi Abbas, Peyğəmbərin qələbə çalacağına tam əmin olandan sonra yaltaqlıq və yalan sözlərlə özünü əsl mömin kimi qələmə verməyi bacarmışdı. Abbasın sülaləsi bu gün Yəcüc-Məcüc ölkəsindən gəlib İrana hakim olan köçəri Səlcuq köpəklərinin hökmdarı Məlikşahın himayəsi altındadır.
Bizlər, yəni, Əlini peyğəmbər tərəfindən təyin edilmiş ilk və qanuni imam olaraq qəbul edənlər isə sağ tərəf sahiblərindənik. Bayrağımızın rəngi ağ, paytaxtımız isə Qahirədir. Çünki, oradakı xəlifə Əli və peyğımbərin qızı Fatimənin nəslindəndir.
Onu da bilin ki, xilafət məqamını əlində cəmləşdirən Əbu Bəkri, ondan sonra gələn iki qondarma imam - Ömər və Osman davam etdirmişdi. Axırıncı öldükdən sonra isə xalq Əlinin imamlıq məqamına gətirilməsini tələb etmişdi. Əli imamlıq məqamına gəlsə də, qısa bir müddətdən sonra muzdlu bir qatil tərəfindən öldürülmüşdü. Oğlu Həsən onun yolunu dayvam etdirmiş, amma məcbur olub mövqeyini Müaviyəyə vermişdi. Xalq isə Əlinin digər oğlu Hüseynin imam olmasını istəyirdi. Bie müddət sonra Hüseyn və tərəfdarları Kərbəlada qətlə yetiridilər. O vaxtdan peyğəmbərin əsl tərəfdarları dağlarda və çöllərdə yaşamağa məcbur olmuşdular və saxta imamların adamları tərəfindən hər yerdə təqib edilərək ölümə məhkum edilirlər. Şübhəsiz, Allahdan başqa heç kim, insanların taleyini bilə bilməz, amma şəhidlərə yas saxlamaq öz-özlüyündə bir ibadətdir,
Qulaq asın, Əli və Fatimə nəslindən olan qanuni xəlifənin Qahirədə hökmdar olduğunu bildirmişdik. Şübhəsiz ki, onun imamlığını qəbul edirik, amma bəzi hüquqlarımızı qorumaq şərtilə. Mühafizə etdiyimiz bu hüquqlar müəyyən müddət sonra açacağımız sirrlərimizdir. Bugünlük, peyğəmbərin üçüncü qanuni xəlifəsi Hüseyndən sonra gələn imamların adlarını saymaq kifayətdir. Dördüncüsü Hüseynin oğlu Əli Zeynalabdin olub. Beşincisi onun oğlu Məhəmməd Bəkir, altıncısı, Cəfəri Sadiq. Yeddincisinə gəlincə, məsələlər qarışıqdır. Çümki, Cəfəri Sadiqin iki oğlu var idi: Musa Əl Kazım və İsmayıl. Musanı yeddinci imam kimi qəbul edənlər, ondan sonra gələn və sonuncusu Məhəmməd Əl Əskəri olmaqla hamısını qəbul etmiş sayılırlar. Biz isə buna qarşı olaraq bir gün Əli Mehdi adıyla zühur edəcək son imamın Musa Əl Kazım yox, İsmayılın nəslindən gələcəyini düşünürük. Biz buna inanırıq, çünki bəzi dəlil və sübutlar buna inanmağa əsas verir. Bu səbəbdən, biz sonuncu Musa Əl Kazım yox, İsmayılla tamamlanan yeddi imamlığı qəbul edirik. Həqiqətən də, Musanın nəslinin bir qismi Misirdə hakim olmağı bacarmışdı. Bas daha güclü digər nəslin təmsilçiləri haradadır? Hələki bildiyimiz bundan ibarətdir ki, Misirdəki nəsil bütün İslam dünyasına rəhbərlik etmək istiqamətində, işğalçı və dinsizlər üzərində qələbəyə aparan yolu sadəcə təmizləməklə məşğuldur. Çünki Adəm, Nuh, İbrahim, Musa, İsa, Məhəmməddən sonra yeddincisi və ən qüdrətlisinin - İsmayılın nəslindən Əli Mehdinin gələcəyi deyilmişdir! Biz onu gözləyir və onun uğrunda döyüşürük. Sizə həqiqətən deyirəm ki, Əlamut qalasında çox böyük möcüzələr hazırlanır.
”
”